Главная > Manset / İqtisadiyyat > ADNOC: Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensial var
ADNOC: Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensial var4-06-2024, 15:30. Разместил: azadses |
Azərbaycan ilə Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında əməkdaşlığın inkişafı üçün böyük potensial var. Bu barədə “Report”a şirkətdən məlumat verilib. “Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə tərəfdaşlıq bizim üçün çox vacibdir. Keçən il biz “Abşeron” layihəsində iştirak payının 30 %-ni aldıq. Bu, həm BƏƏ ilə Azərbaycan, həm də ADNOC ilə SOCAR arasında əlaqələri gücləndirib”, - məlumatda qeyd edilib. ADNOC bərpa olunan enerji mənbələrinə ədalətli keçidə sadiq olduğunu vurğulayıb: “Biz ədalətli beynəlxalq artıma və ədalətli enerji keçidinə sadiqik”. Xatırladaq ki, "Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında kontrakt imzalanıb. 2023-cü ilin avqustun 4-də isə ADNOC ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının alınmasına dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edəcək. "Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu ilin mayın 30-da SOCAR Abu Dabi Milli Neft Şirkətindən SARB və “Umm Lulu” yataqlarında 3 % pay alıb. Вернуться назад |