Главная > Manset / İdman > Azərbaycan millisi Avropa çempionatında bu gün 1/8 final matçına çıxacaq

Azərbaycan millisi Avropa çempionatında bu gün 1/8 final matçına çıxacaq


5-06-2024, 16:19. Разместил: azadses
Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında bu gün 1/8 final matçına çıxacaq.

"Report" xəbər verir ki, millimiz Bolqarıstanla qarşılaşacaq.

Matçın start fiti saat 19:30-da səsləndiriləcək.

Qeyd edək ki, yığma qrup mərhələsində keçirdiyi bütün matçlarda qələbə qazanıb. Komanda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı isə 3:1 hesabı ilə məğlub edərək 1/8 finala maksimum nəticə ilə yüksəlib. Bolqarıstan isə Gürcüstan, Serbiya və Portuqaliya ilə mübarizə apardığı E qrupunda 6 xalla ikinci olub.

Milli qələbə qazanacağı təqdirdə, 1/4 finalda Qazaxıstan - Sloveniya matçının qalibi ilə üz-üzə gələcək.


Вернуться назад