Главная > Manset / Dünya > Argentina hökuməti daha 50 min məmuru işdən çıxarmaq niyyətindədir
Argentina hökuməti daha 50 min məmuru işdən çıxarmaq niyyətindədir6-06-2024, 17:10. Разместил: azadses |
Argentina hökuməti dövlət sektorunda çalışan işçilərin sayını daha 50 min nəfər azaldacaq. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Argentina Prezidenti Xavyer Miley məlumat verib. “Dövlətin bütün strukturu yarıya endirilib. Bu, baha başa gəldi, çünki təbii ki, biz insanları işdən çıxardıq. Ümumilikdə 75 min nəfəri ixtisar edəcəyik, 25 mini artıq ixtisar olunub”, - Miley bildirib. Miley etiraf edib ki, onun islahatları həssas və orta təbəqələrə ciddi təsir edib: “Biz bilirdik ki, proqramımız sosial gərginliyə səbəb olacaq və iqtisadi aktivliyin azalmasına gətirib çıxaracaq”. Вернуться назад |