Главная > Manset / Dünya > Blinken səudiyyəli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Blinken səudiyyəli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib2-08-2024, 10:27. Разместил: azadses |
ABŞ dövlət katibi Entoni Blinken Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Veysəl bin Fərhan Al Sauda zəng edib. “Report” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının mətbuatı məlumat yayıb. Danışıq zamanı tərəflər regionda baş verən son hadisələri nəzərdən keçiriblər, həmçinin eskalasiyanın azaldılmasının və Qəzza zolağında davamlı atəşkəsə nail olmağın vacibliyini vurğulayıblar. Bundan əlavə, qeyd olunur ki, iki ölkənin Xarici İşlər Nazirləri Sudandakı vəziyyəti də müzakirə ediblər. Вернуться назад |