Главная > Manset / Dünya > Tramp İranla dost olmaq niyyətindədir

Tramp İranla dost olmaq niyyətindədir


16-08-2024, 08:00. Разместил: azadses
ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ümid edir ki, 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə qalib gəlsə, İranla dostluq münasibətləri qura biləcək.

“Report” xəbər verir ki, bu barədə o, Nyu Cersi ştatının Bedminster şəhərində keçirdiyi mətbuat konfransında bildirib.

“Mən İrana qarşı pis rəftar etmək istəmirəm. Ümid edirəm ki, İranla dostluq münasibətində olacağıq. Ola bilsin ki, nəticə verəcək, bəlkə də alınmayacaq”, - deyə o qeyd edib.

Respublikaçı həmçinin bildirib ki, yaxşı münasibətlər qurmaq üçün İran nüvə silahına malik olmamalıdır.

Qeyd edək ki, ABŞ Federal Təhqiqatlar Bürosu İranın Trampın seçki qərargahına təşkil etdiyi iddia edilən kiberhücumla bağlı araşdırma apardığını təsdiqləyib.

İranın BMT-dəki daimi nümayəndəliyi rəsmi Tehranın “kiberhücumlar həyata keçirmək niyyətində və ya planının olmadığını” bəyan edib və həmçinin qeyd edib ki, İran hakimiyyəti ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etmir.


Вернуться назад