Главная > Manset / Dünya > Məşhur film ulduzu ailədaxili zorakılıqda günahlandırılır

Məşhur film ulduzu ailədaxili zorakılıqda günahlandırılır


21-08-2024, 18:00. Разместил: azadses
ABŞ polisi "Reservoir Dogs" və "Kill Bill" filmlərindəki rolları ilə məşhur olan aktyor Maykl Madseni məişət zorakılığı ittihamı ilə saxlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb.

Madsen guya arvadını itələyib, hətta mübahisədən sonra onu Los-Ancelesdəki evlərindən qovub. 66 yaşlı aktyorun saxlanılma səbəbi kimi bu göstərilir.

Qeyd edək ki, ər-arvad arasında olan münaqişənin səbəbləri məlum deyil.


Вернуться назад