Главная > Manset / Dünya > Polşa müdafiə nazirinin müavini: Ölkə hibrid müharibə vəziyyətindədir
Polşa müdafiə nazirinin müavini: Ölkə hibrid müharibə vəziyyətindədir27-08-2024, 14:54. Разместил: azadses |
Polşa hibrid müharibə vəziyyətindədir. "Report"un Polşanın PAP xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu ölkənin müdafiə nazirinin müavini Sezari Tomçik deyib. Onun sözlərinə görə, Polşanın bu gün üzləşdiyi “de-fakto hibrid müharibəsidir”. Bunun təsdiqi kimi müdafiə nazirinin müavini Belarusla sərhəddəki vəziyyəti və Polşa ərazisinə uçan Rusiya meteozondlarını göstərib. O əlavə edib ki, Polşada hər il təxminən beş min haker hücumu qeydə alınır. Bundan əvvəl Polşa artilleriya sursatlarının alınması üçün irihəcmli müqavilə imzalayıb. Вернуться назад |