Главная > Manset / İdman > Kassano Ronaldunu sərt tənqid etdi

Kassano Ronaldunu sərt tənqid etdi


Bu gün, 13:00. Разместил: azadses
İtaliya millisinin və "Real Madrid"in sabiq hücumçusu Antonio Kassano Portuqaliya millisinin ulduz hücumçusu, vaxtilə kral klubunda çıxış edən, indi isə "Ən-Nəsr" formasını geyən Kriştianu Ronaldunu sərt şəkildə tənqid edib.

Oxu.Az championat.com-a istinadən xəbər verir ki, italiyalının fikrincə, Ronaldu komanda ilə anlaşa bilmədiyi üçün futbol oynamağı bacarmır.

"O, futbol oynamağı bacarmır. Ronaldu 3 000 qol vura bilər. İquain, Aguero, Benzema, Levandovski, İbrahimoviç və Suárez komanda ilə yaxşı ünsiyyət qura bilirdilər. Tək məqsədi həmişə qol vurmaq olan Ronaldudan fərqli olaraq, onlar daha çox şey etməyi bacarırdılar" , - Kassano deyib.

Qeyd edək ki, bu yaxınlarda Ronaldu karyerasında 900 qol həddini keçib.

Kriştianu Ronaldu
Real Madrid

Вернуться назад