Главная > Manset / Dünya > İsrail İranın zavoduna zərbə endirib
İsrail İranın zavoduna zərbə endirib10-10-2024, 15:33. Разместил: azadses |
İsrailin Hərbi Hava Qüvvələrinin təyyarələri Suriyanın Homs əyalətinin Hesya sənaye şəhərciyindəki İranın Saba maşınqayırma zavoduna zərbə endirib. “Report” xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə sənaye şəhərinin direktoru Əmir Xəlil məlumat verib. "İsrail Hesya sənaye şəhərindəki Saba maşınqayırma zavoduna havadan hücum etdi", - Xəlil deyib. Onun sözlərinə görə, hücumlar davam edir. Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Nəticədə aralarında qocalar, qadınlar və uşaqlar da olmaqla yüzlərlə insan girov götürülüb. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Вернуться назад |