Главная > Manset / Dünya > “Tesla”nın yeni robot taksi modeli təqdim edilib

“Tesla”nın yeni robot taksi modeli təqdim edilib


11-10-2024, 15:42. Разместил: azadses
Amerikalı milyarder İlon Mask “Tesla”nın avtonom rejimdə çalışan robot taksi avtomobilini (Cybercab - Qeyd) təqdim edib.

“Report” xəbər verir ki, təqdimat Kaliforniyada baş tutub.

Onun sözlərinə görə, hazırda ən azı 50 tam avtonom rejimdə çalışan elektrik avtomobili mövcuddur.

Qeyd olunub ki, nəqliyyat vasitəsində sürücü üçün idarəetmə mexanizmləri nəzərdə tutulmayıb.

İlon Mask bildirib ki, bir robot taksinin qiyməti 30 min dollar olacaq. Eyni zamanda, xidmətdən istifadə edənlər səyahət üçün hər milə (1.6 km – Qeyd) təxminən 30-40 sent ödəyəcəklər.


Вернуться назад