Главная > Manset / Dünya > Lavrov: Rusiya istənilən ABŞ administrasiyası ilə işləməyə hazırdır

Lavrov: Rusiya istənilən ABŞ administrasiyası ilə işləməyə hazırdır


21-10-2024, 08:55. Разместил: azadses
Rusiya istənilən ABŞ administrasiyası ilə işləməyə hazırdır, ancaq bərabər və qarşılıqlı hörmət əsasında.

"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Arqumentı i Faktı" nəşrinə müsahibəsində deyib.

“Biz Amerika xalqının seçdiyi istənilən administrasiya ilə işləməyə hazırıq, ancaq qarşılıqlı hörmət və bərabərlik əsasında. ABŞ-dəki seçki mübarizəsini izləyirik. Biz heç vaxt dialoqdan əl çəkməmişik”, - nazir əlavə edib.

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.


Вернуться назад