Главная > Manset / Dünya > WP: Tramp ona qarşı ittiham irəli sürmüş prokurorun komandasını işdən çıxarmaq istəyir
WP: Tramp ona qarşı ittiham irəli sürmüş prokurorun komandasını işdən çıxarmaq istəyir23-11-2024, 11:20. Разместил: azadses |
ABŞ-nin seçilmiş prezidenti Donald Tramp respublikaçıya qarşı ittiham irəli sürmüş xüsusi prokuror Cek Smitin komandasının bütün üzvlərini işdən çıxarmaq niyyətindədir. “Report” xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti öz mənbələrinə istinadən bildirib. Mənbələrin məlumatına görə, adətən bu cür siyasi tədbirlərdən qorunan onlarla karyera hüquqşünası, FTB və Ədliyyə Nazirliyinin əməkdaşları işdən azad ediləcək. Trampın onları nə qədər tez işdən çıxara biləcəyi bəlli deyil. Nəşrin müsahiblərindən birinin sözlərinə görə, Tramp həmçinin 2020-ci il prezident seçkilərinin saxtalaşdırılması sübutlarının axtarışı üçün Ədliyyə Nazirliyində istintaq qrupları yaratmağı planlaşdırır. Qəzetin qeyd etdiyi kimi, ştat prokurorlarının iştirakı ilə bu cür qrupların yaradılması ideyası yaxşı işlənməyib və seçilmiş prezidentin tez-tez bəyan etdiyi Ədliyyə Nazirliyinin özündə qayda yaratmaq istəyindən fərqli olaraq “siyahının başında durmur”. Qeyd edək ki, xüsusi prokuror Smit 2023-cü ilin avqustunda Trampa qarşı dörd maddə üzrə ittihamlar irəli sürdüyünü elan edib. O, faktiki olaraq 2020-ci il seçkilərində məğlubiyyətə baxmayaraq, qanunsuz yolla hakimiyyəti saxlamağa cəhd etməkdə ittiham olunurdu. Trampa qarşı irəli sürülmüş ən ağır cinayətə görə maksimum cəza 20 il azadlıqdan məhrum etmə idi. Tramp noyabrın 5-də keçirilən seçkilərdə demokratların nümayəndəsi Kamala Harrisi məğlub edib. Bundan əlavə, respublikaçılar ABŞ Konqresinin Senatını nəzarətə götürə biliblər. Onlar həmçinin Nümayəndələr Palatasında çoxluq əldə edirlər. Harris 2021-ci ilin yanvarından vitse-prezident vəzifəsini tutur. Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də keçiriləcək. Daha əvvəl The New York Times qəzeti xəbər vermişdi ki, Smit seçilmiş ABŞ prezidenti vəzifəyə başlamazdan əvvəl öz işini başa çatdırmağı və vəzifəsindən getməyi planlaşdırır. Вернуться назад |