Главная > Manset / Dünya > Uolts: Tramp Ukrayna məsələsində hazırkı administrasiya ilə işləyəcək

Uolts: Tramp Ukrayna məsələsində hazırkı administrasiya ilə işləyəcək


25-11-2024, 14:56. Разместил: azadses
ABŞ-nin seçilmiş prezidenti Donald Trampın komandası artıq bu il Ukraynadakı münaqişənin həlli üzrə hazırkı Amerika administrasiyası ilə işləyəcək.

“Report” xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Florida ştatından respublikaçı, Trampın gələcək milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts “Fox News” telekanalına müsahibəsində söyləyib.

“Tramp bu münaqişənin dayandırılmasının zəruriliyini, istər razılaşma, istərsə də atəşkəs olsun, aydın şəkildə bildirib. Hər iki tərəfi danışıqlar masasına oturtmaq və sazişin parametrləri barədə müzakirələr aparmaq lazımdır. Yanvaradək və ondan sonra hazırkı administrasiya ilə məhz bunun üzərində işləyəcəyik”, – o qeyd edib.

Uolts ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ilə artıq görüş keçirdiyini və ABŞ-nin rəqiblərinin keçid dövründən faydalana bilməyəcəyini vurğulayıb.

Tramp seçki kampaniyası zamanı dəfələrlə bəyan edib ki, inauqurasiyasına qədər Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə nail olacaq.


Вернуться назад