Главная > Manset / Dünya > Kanadanın Baş naziri Trampın tarif təhdidləri ilə bağlı təcili iclas keçirəcək
Kanadanın Baş naziri Trampın tarif təhdidləri ilə bağlı təcili iclas keçirəcək27-11-2024, 14:57. Разместил: azadses |
Kanada hökumətinin başçısı Castin Trüdo noyabrın 27-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın bütün Kanada mallarına 25% rüsum tətbiq etməklə bağlı bəyanatına görə təcili iclas keçirəcək. “Report” xəbər verir ki, bu barədə “CBC” telekanalı məlumat yayıb. İclasda Nazirlər Kabinetinin üzvləri və ölkənin bütün rayonlarının rəhbərləri iştirak edəcək. Görüş iştirakçıları Trampın təhdidlərinə Kanadanın cavabını hazırlamaq niyyətindədirlər. Hazırda Kanada ixracının 77%-i ABŞ-ın payına düşür. Qeyd edək ki, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp qanunsuz miqrasiya, narkotik qaçaqmalçılığı ilə əlaqədar Meksika və Kanadadan idxal olunan bütün mallara 25 % rüsum tətbiq edəcəyinə söz verib. Вернуться назад |