Главная > Manset / Dünya > Trampın xüsusi nümayəndəsi 46 günə Qəzzada atəşkəsə nail olmaq niyyətindədir

Trampın xüsusi nümayəndəsi 46 günə Qəzzada atəşkəsə nail olmaq niyyətindədir


5-12-2024, 14:55. Разместил: azadses
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Yaxın Şərq üzrə gələcək xüsusi nümayəndəsi Stiven Vitkoff Qətər və İsrailin Baş nazirləri ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Vitkoff 2025-ci il yanvarın 20-də keçiriləcək növbəti Amerika liderinin andiçmə mərasiminə qədər Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığa nail olmaq niyyətindədir.

Agentliyin mənbəsi iddia edib ki, xüsusi nümayəndə noyabrın sonunda Qətər və İsrailə səfər edib. Onun sözlərinə görə, bu səfərlər Dohanın yəhudi dövləti ilə Fələstinin radikal HƏMAS hərəkatı arasında danışıqlarda əsas vasitəçi roluna qayıtmasından xəbər verir.

Bundan əvvəl Qətər rəhbərliyi münaqişə tərəflərinin onu başa çatdırmaq istəyinin olmaması səbəbindən Qəzza zolağında atəşkəsin əldə edilməsinə yönəlmiş vasitəçilik səylərini dayandırmağı qərara alıb.


Вернуться назад