Главная > Manset / Dünya > BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı bəyanat yayıb
BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı bəyanat yayıb18-12-2024, 13:04. Разместил: azadses |
BMT Təhlükəsizlik Şurası Suriyada 2254 saylı qətnamənin əsas prinsipləri əsasında inklüziv siyasi prosesin aparılmasına çağırıb. “Report” xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının yaydığı bəyanatda deyilir. Şura üzvləri BMT Baş Katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geyr Pedersenin bu prosesin asanlaşdırılmasında səylərini dəstəklədiklərini bir daha təsdiq ediblər. Bəyanatda bütün suriyalıların qanuni istəklərinə cavab verən, onları qoruyan və gələcəklərini sülh yolu ilə, müstəqil və demokratik şəkildə müəyyən etməyə imkan verən bir prosesin zəruriliyi vurğulanıb. Şura həmçinin Suriyanın suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyü prinsiplərinə sadiqliyini təsdiqləyib və bütün dövlətləri bu prinsiplərə hörmət etməyə çağırıb. İsrailin işğalı altında olan Suriyanın Colan təpələrində Birləşmiş Millətlər Təşkilatının müşahidəçi qüvvəsinə dəstək verilməsinin və onun mandatının, o cümlədən 1974-cü il müqaviləsinə əməl olunmasının yerinə yetirilməsinin vacibliyi də qeyd edilib. Вернуться назад |