Главная > Manset / Dünya > Nümayəndələr Palatası hökumətin maliyyələşdirilməsini dəstəkləyib
Nümayəndələr Palatası hökumətin maliyyələşdirilməsini dəstəkləyib21-12-2024, 11:19. Разместил: azadses |
ABŞ Konqresinin Nümayəndələr Palatası federal hökumətin maliyyələşdirilməsinin uzadılmasına dair qanun layihəsini qəbul edib. “Report” xəbər verir ki, sənədi Konqresin aşağı palatasının 366 üzvü dəstəkləyib, 34-ü isə əleyhinə çıxıb. Qanun layihəsinə əsasən federal hökumətin maliyyələşdirilməsi gələn ilin martın 14-dək uzadılacaq, habelə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 100 milyard dollardan çox vəsait ayrılacaq. Вернуться назад |