Главная > Manset / Dünya > Afrikanın üç ölkəsi Fransa xuntasının başlatdığı saxta manevrləri izləyir
Afrikanın üç ölkəsi Fransa xuntasının başlatdığı saxta manevrləri izləyirBu gün, 08:00. Разместил: azadses |
“Sahel Dövlətləri Alyansı” konfederasiyasına daxil olan Burkina-Faso, Mali və Niger liderləri ordularını maksimum döyüş hazırlığına gətirmək qərarına gəliblər. “Report” xəbər verir ki, bu barədə üç ölkə liderinin bəyanatında deyilir. Qeyd olunub ki, dövlət başçıları Fransa xuntasının başlatdığı saxta manevrləri böyük diqqətlə izləyir. Bəyanatda Fransanın hərəkətlərinin Çad gölü hövzəsində, Saheldə və bəzi sərhəd bölgələrində, xüsusən Niger və Nigeriya, Niger və Benin, Niger və Burkina-Faso, Benin və Burkina-Faso arasında qrupların yenidən təşkili əməliyyatları ilə tamamlandığı vurğulanıb. Xatırladaq ki, bir müddət öncə, Mali, Burkina-Faso və Niger Sahel Dövlətləri Alyansı adlı hərbi pakt imzaladıqlarını bəyan ediblər. Həmçinin onlar müdafiə sahəsində əvvəllər Parislə bağladıqları əməkdaşlıq haqqında müqavilələrə xitam verərək Fransa hərbi kontingentini öz ərazilərindən çıxarıblar. Вернуться назад |