Главная > Manset / Dünya > Trüdonun partiyasından olan 50-dən çox deputat onun istefasını istəyib
Trüdonun partiyasından olan 50-dən çox deputat onun istefasını istəyibBu gün, 08:56. Разместил: azadses |
Kanada parlamentinin Liberal Partiyasından olan üzvlərinin çoxu Baş nazir Castin Trüdonun təmsil olunduğu siyasi qüvvənin lideri postunu tərk etməsini istəyib. “Report” xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb. Qeyd olunub ki, 50-dən çox liberal deputat bu fikri dəstəkləyir, baxmayaraq ki, bunu açıq şəkildə cəmi 21 deputat deyib. Ümumilikdə, liberallar Kanada parlamentində 153 yer tutub. Baş nazirin müavini və maliyyə naziri Kristia Friland dekabrın 16-da Trüdo onu başqa işə keçirməyə qərar verdiyi üçün istefa verdiyini açıqlayıb. Həmin gün Mənzil, İnfrastruktur və İcmalar naziri Şon Freyzer hökumətdən getdiyini bəyan edib. Nəticədə müxalifət və ictimai xadimlər baş nazirin dərhal istefasını tələb ediblər. Üstəlik, bir neçə liberal deputat Trüdonun Kanada Liberal Partiyasının rəhbəri vəzifəsindən getməsinin lehinə çıxış edib. Həmin axşam siyasətçi postunu tərk etmək fikrində olmadığını açıqlayıb. Xatırladaq ki, Kanadanın müxalif Mühafizəkarlar Partiyasının lideri Pyer Poilievr Milad tətilinə çıxan parlamentin Baş nazir Castin Trüdo hökumətinə qarşı etimadsızlıq səsverməsinin keçirilməsi üçün təcili çağırılmasını tələb edib. Kanada Parlamenti artıq Milad tətilinə çıxıb. İclaslar yanvarın 27-də davam etdirilməlidir. Ölkə qanunlarına görə, Baş Qubernator Parlamentin növbədənkənar iclasını çağıra bilər. Вернуться назад |