Главная > Manset / Dünya > Tramp: Qrenlandiya Amerikanın mülkiyyətinə keçməlidir

Tramp: Qrenlandiya Amerikanın mülkiyyətinə keçməlidir


Bu gün, 09:42. Разместил: azadses
Danimarkanın bir hissəsi olan Qrenlandiya adası Amerika Birləşmiş Ştatlarının mülkiyyətinə keçməlidir.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Onun sözlərinə görə, Qrenlandiyaya sahiblik və nəzarət mütləq zərurətdir.

Tramp bunun bütün dünyada milli təhlükəsizlik və azadlıq məqsədləri üçün vacib olduğunu vurğulayıb.


Вернуться назад