Главная > Manset / Dünya > BMT-nin Baş katibi təyyarə qəzası ilə bağlı başsağlığı verib
BMT-nin Baş katibi təyyarə qəzası ilə bağlı başsağlığı verib26-12-2024, 15:44. Разместил: azadses |
BMT-nin Baş katibi Antonio Quterreş Qazaxıstanda Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib. Bunu “Report”un ABŞ bürosuna açıqlamasında Baş katibin sözçüsünün müavini Stefani Tremblay deyib. O bildirib ki, faciə ilə bağlı A.Quterreşin tezliklə başsağlığı məktubu paylaşılacaq. Dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Məlumata görə, sərnişinlərin 29-u sağdır. Вернуться назад |