Главная > Manset / Dünya > ABŞ-də informasiya müharibəsi mərkəzi bağlandı

ABŞ-də informasiya müharibəsi mərkəzi bağlandı


26-12-2024, 16:32. Разместил: azadses
ABŞ hakimiyyətinin informasiya müharibəsi aparmaq üçün istifadə etdiyi Dövlət Departamentinin Qlobal Əməkdaşlıq Mərkəzi fəaliyyətini dayandırıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin saytında bildirilir.

Məlumata görə, mərkəzin işini maliyyələşdirmək üçün vəsait 2025-ci maliyyə ili üzrə federal büdcəyə daxil edilməli idi, lakin bu bənd sənədin yekun variantında yer almayıb.

Qeyd edək ki, Qlobal Əməkdaşlıq Mərkəzi 2016-cı ildə yaradılıb. Onun illik büdcəsi təxminən 60 milyon dollar idi.


Вернуться назад