Главная > Manset / Cəmiyyət > AMB-nin gələn il pul siyasətini nəzərdən keçirəcəyi tarixlər açıqlanıb
AMB-nin gələn il pul siyasətini nəzərdən keçirəcəyi tarixlər açıqlanıb28-12-2024, 16:20. Разместил: azadses |
2024-cü ildə olduğu kimi 2025-ci ildə də Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinə 8 dəfə baxmağı planlaşdırır. Bu barədə "Report" quruma istinadən xəbər verir. Məlumata görə, AMB-nin pul siyasəti qərarları ictimaiyyətə yanvarın 22-də, martın 12-də, aprelin 23-də, iyunun 11-də, iyulun 23-də, sentyabrın 10-da, oktyabrın 22-də və dekabrın 10-da açıqlanacaq. Qərarlardan dördünü qurumun sədri Taleh Kazımov mətbuat konfransında açıqlayacaq. Media nümayəndələri ilə görüşlər yanvar, aprel, iyul və oktyabr aylarına nəzərdə tutulub. Вернуться назад |