Главная > Manset / Dünya > Almaniya mətbuatı Berbokun Suriyaya səfərinin məqsədini açıqlayıb
Almaniya mətbuatı Berbokun Suriyaya səfərinin məqsədini açıqlayıb4-01-2025, 11:20. Разместил: azadses |
Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiya və Çinin ölkəyə təsirinin yayılmasının qarşısını almaq üçün Suriyaya səfər edib. “Report” xəbər verir ki, bu barədə Almaniyanın “Tagesschau” portalı yazıb. “BMT-nin terrorçu siyahısındakı üsyançılarla danışmaq? Nazir bunun tamamilə qeyri-mümkün və səhv olduğunu deməklə işini asanlaşdıra bilərdi. Amma danışmamaq daha yaxşı olardı? Xeyr! Əgər Almaniya və ya Avropa İttifaqı indi qapıları çırpsa, başqaları gələcək. Rusiya və Çin təmaslardan qorxmur”, - məqalədə deyilir. Almaniyanın xarici işlər naziri Annalena Berbok və fransalı həmkarı Jan-Noel Barrot Avropa İttifaqı adından danışıqlara başlamaq üçün Suriyaya səfər ediblər. Nazirlər Dəməşqdəki Xalq Sarayında Suriya lideri Əhməd Əl-Şaraa ilə görüşüblər. Almaniyanın xarici işlər naziri səfər zamanı Rusiya hərbi bazalarının Suriyanın Latakiya əyalətindən çıxarılmasını istəyib. O, bunun ölkənin suverenliyinə hörmət olduğunu vurğulayıb. Вернуться назад |