Главная > Manset / Dünya > İnsanların əksəriyyəti çiçək xəstəliyi qarşısında acizdir
İnsanların əksəriyyəti çiçək xəstəliyi qarşısında acizdir6-01-2025, 15:44. Разместил: azadses |
Dünya üzrə insanların əksəriyyətində çiçək xəstəliyinə qarşı immunitet yoxdur. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu epidemioloq, Rusiya Təhsil Akademiyasının vitse-prezidenti, Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko bildirib. "Planetdəki insanların əksəriyyətində çiçək xəstəliyinə qarşı immunitet yoxdur, çünki biz yalnız 1980-ci ilədək hamını peyvənd etmişik. Təkcə Rusiyada deyil, bütün dünyadakı 1981-ci ildən sonra anadan olan insanların həmin virusa qarşı immunitetləri yoxdur", - deyə o qeyd edib. Həkim qeyd edib ki, çiçək xəstəliyi bütövlükdə məğlub edilsə də, onun virusu tədqiqat üçün hələ də iki laboratoriyada - Rusiya və ABŞ-də saxlanılır. Вернуться назад |