Главная > Manset / Dünya > Netanyahu və Bayden Qəzza danışıqlarında irəliləyişi müzakirə ediblər
Netanyahu və Bayden Qəzza danışıqlarında irəliləyişi müzakirə ediblər13-01-2025, 08:00. Разместил: azadses |
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Cozef Baydenlə telefon danışığı zamanı Qəzza zolağında girovların azad edilməsi üzrə danışıqlarda irəliləyişi müzakirə edib və Ağ Ev rəhbərini yanvarın 12-də Qətərin paytaxtına gələn İsrail nümayəndə heyətinin mandatı barədə məlumatlandırıb. “Report” xəbər verir ki, bu barədə yəhudi dövlətinin hökumət başçısının dəftərxanası məlumat yayıb. "Baş nazir Benyamin Netanyahu indicə ABŞ Prezidenti Cozef Baydenlə danışıb. Baş nazir ABŞ Prezidenti ilə girovlarla bağlı danışıqlarda irəliləyişi müzakirə edib və Dohada danışıqlar aparan nümayəndə heyətinə onların azad edilməsi prosesini sürətləndirmək üçün verilən mandat barədə məlumatlandırıb", - açıqlamada deyilir. Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, sərhədyanı kəndlərdə sakinlərin öldürülməsindən və 250-yə yaxın insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Вернуться назад |