Главная > Manset / Dünya > Sorğu: Amerikalıların əksəriyyəti Baydenin fəaliyyətindən narazıdır
Sorğu: Amerikalıların əksəriyyəti Baydenin fəaliyyətindən narazıdırDünən, 09:41. Разместил: azadses |
Amerika vətəndaşlarının əksəriyyəti yanvarın 20-də prezident postunu Respublikaçı Donald Trampa təhvil verəcək ABŞ prezidenti Co Baydenin fəaliyyətindən narazıdır. “Report” xəbər verir ki, bu barədə “Fox News” kanalının keçirdiyi sorğunun nəticələri göstərib. Belə ki, respondentlərin 57%-i Baydenin prezident kimi fəaliyyətini bəyənməsə də, 42%-i ondan razıdır. Sorğu iştirakçılarının 1%-i bu suala cavab verə bilməyib. Baydenin amerikalılar arasında bəyənmə reytinqi ABŞ-ın 44-cü prezidenti Barak Obamanın (57%) və ABŞ-nin 42-ci lideri Bill Klintonun (62%) reytinqindən aşağı olub. Yanvarın 20-də Ağ Evə qayıdacaq Donald Tramp da birinci müddətinin sonunda Baydeni geridə qoyub və amerikalıların 47%-i onun performansına müsbət qiymət verib. Yanvarın 10-dan 13-dək aparılan sorğuya ölkə üzrə 900-dən çox amerikalının cavabları daxil edilib. Вернуться назад |