Главная > Manset / Dünya > KİV: Bayden səlahiyyət müddəti bitməmiş Trampın bəyənmədiyi şəxsləri əfv edə bilər

KİV: Bayden səlahiyyət müddəti bitməmiş Trampın bəyənmədiyi şəxsləri əfv edə bilər


Dünən, 14:55. Разместил: azadses
ABŞ administrasiyasının rəhbəri Cozef Bayden, prezidentlik müddəti bitməmişdən əvvəl ölkənin yeni seçilmiş lideri Donald Trampın bəyənmədiyi şəxsləri qabaqcadan əfv edə bilər.

“Report” xəbər verir ki, bu barədə “Washington Post” öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, yanvarın 20-də Trampın andiçmə mərasimi ərəfəsində Ağ Evin bir çox əməkdaşı əşyalarını toplasa belə, administrasiya Baydenin qalan müddətdə bir sıra əlavə icra sərəncamları imzalamasını gözləyir.

Xüsusilə, demokrat gender əsasında ayrı-seçkiliyə qarşı mübarizə tədbirləri görməyə ümid edir. Bayden həmçinin Tramp administrasiyasının bəyənmədiyi şəxsləri qabaqcadan əfv etməyi də nəzərdən keçirir.

Ötən ilin dekabrın əvvəlində Tramp NBC News-a deyib ki, o, rəqiblərinə qarşı qisas almayacaq. Onun fikrincə, qisas almağın ən yaxşı yolu ABŞ-nin uğurlu dövlət olmasını təmin etməkdir.


Вернуться назад