Главная > Manset / Dünya > Rusiya təyyarəsi Bakıda məcburi eniş edib
Rusiya təyyarəsi Bakıda məcburi eniş edibBu gün, 12:13. Разместил: azadses |
“Aeroflot” aviaşirkətinin Moskva (SVO) – Dubay marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib. Bu barədə “Report”a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub. “Boeing 737-800” təyyarəsi yerli vaxtla saat 06:27-də hava limanına uğurla eniş edib. Sərnişinə operativ şəkildə zəruri tibbi yardım göstərilib. Qeyd edək ki, fövqəladə hallara operativ reaksiya göstərmək və sərnişinlərin, ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunda mütəmadi hazırlıq təlimləri keçirilir. Вернуться назад |