Главная > Manset / Siyasət > Komitə sədri: Azərbaycanda dünyəvilik ideyasının fundamenti hələ XX əsrin əvvəllərində qoyulub
Komitə sədri: Azərbaycanda dünyəvilik ideyasının fundamenti hələ XX əsrin əvvəllərində qoyulub27-02-2025, 18:12. Разместил: azadses |
Azərbaycan qadınını fərqləndirən amil onun bütövlükdə Şərq, müsəlman aləmindəki üstünlüyüdür. “Report” xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Konstitusiya və suverenlik” ili çərçivəsində keçirilən “Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunmuş konfransda deyib. “AXC dövründə qəbul olunmuş İstiqlal Bəyannaməsini Azərbaycanda konstitusonalizmin ilk addımı kimi qəbul etmək olar. Azərbaycanda dünyəvilik ideyasının fundamenti hələ XX əsrin əvvəllərində qoyulub. Hələ o zamanlar qadınların iştirakçılığına diqqət yetirilib”, - o əlavə edib. Deputat daha sonra Azərbaycanın müstəqillik tarixindən söz açaraq diqqəti bəzi məqamlara yönəldib: “Prezident İlham Əliyevin bununla bağlı qərar verməsi tarixçilər üçün çox yaxşı bir dərs idi. Çünki Azərbaycanın müstəqillik günü mayın 28-dir. SSRİ-nin dağılması nəticəsində Azərbaycanın müstəqilliyi bərpa olunub və buna görə Prezidentin də vurğuladığı kimi, Azərbaycan heç kimə borclu deyil. Onu da qeyd edim ki, 1991-ci ildə biz müstəqilliyimizi bərpa etsək də, ona paralel şəkildə suverenliyimizi itirdik. 2023-cü ildə isə suverenliyimiz bərpa olundu”. Ə.Hüseynli qadın iştirakçılığı ilə bağlı inqilabi hadisədən də bəhs edərək bunun Mehriban Əliyevanın Birinci vitse-prezident olması ilə baş verdiyini vurğulayıb. Вернуться назад |