Главная > Manset / Dünya > Türkiyədə sərnişin avtobusu yük maşınına çırpılıb, xəsarət alanlar var
Türkiyədə sərnişin avtobusu yük maşınına çırpılıb, xəsarət alanlar var4-03-2025, 11:19. Разместил: azadses |
Türkiyənin Mersin şəhərinin Tarsus rayonunda sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 10 nəfər xəsarət alıb. Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir. Məlumata görə, hadisə Adana-Pozantı magistral yolunda qeydə alınıb. Hadisə yerinə təcili yardım, jandarm, xilasedicilər cəlb olunub və yaralılara ilkin tibbi yardım göstərilib. Zərərçəkənlər xəstəxanalara çatdırılıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Təfərrüatlar açıqlanmır. Вернуться назад |