Главная > Manset / Dünya > Türkiyədə silahlı hücum zamanı 5 nəfər xəsarət alıb
Türkiyədə silahlı hücum zamanı 5 nəfər xəsarət alıb7-03-2025, 08:00. Разместил: azadses |
Türkiyənin Çorum şəhərində 35 yaşlı H.C. qəhvəxanaya silahlı basqın edib. Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir. Məlumata görə, hadisə ötən gün yerli vaxtla saat 22:00 radələrində baş verib. Qeyd edilir ki, silahlı şəxsin ov tüfəngindən açdığı atəş nəticəsində 2-si ağır olmaqla 5 nəfər yaralanıb. Hadisə yerinə polis əməkdaşları, təcili tibbi yardım cəlb edilib. Yaralılar şəhərin ayrı-ayrı xəstəxanalarına çatdırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Polis silahlı hücumu həyata keçirən şəxsin saxlanılması üçün geniş miqyaslı əməliyyata başlayıb. Hadisə ilə bağlı araşdırma aparılır. Вернуться назад |