Главная > Manset / İdman > Niderlandda ən yaxşı seçilən azərbaycanlı hakim: "Uğurların davamı üçün əlimdən gələni edəcəyəm"

Niderlandda ən yaxşı seçilən azərbaycanlı hakim: "Uğurların davamı üçün əlimdən gələni edəcəyəm"


Bu gün, 11:19. Разместил: azadses
Gələcəkdə də uğurların davamını gətirmək üçün əlimdən gələni edəcəyəm.

Bunu "Report"a açıqlamasında Eyndhoven şəhərində keçirilmiş taekvondo üzrə Niderlandın 52-ci açıq çempionatında ən yaxşı hakim seçilən azərbaycanlı referi Aygül Abdullayeva deyib.

O, bu mükafata layiq görüldüyü üçün qürur hissi keçirdiyini bildirib:

"Yarışda ümumilikdə 70 hakim və 1200-dən çox idmançı iştirak edirdi. Turnir olduqca gərgin və rəqabətli keçdi. Burada həmçinin Paris-2024 Yay Olimpiya Oyunlarında nəticə qazanan taekvondoçular da var idi".

O, referilər üçün belə yarışların xüsusi önəm daşıdığını vurğulayıb:

"Ən yaxşı hakim seçilmək üçün idarə etdiyin döyüşlərdə obyektivlik, ədalətli qərarlar və çətin vəziyyətlərə düzgün reaksiya vermək əsas şərtlərdən biridir. Mənim üçün bu mükafat yalnız şəxsi uğur deyil, həm də Azərbaycan hakimliyinin beynəlxalq səviyyədə tanınmasının bir göstəricisidir. Mənə dəstək olan hər kəsə, xüsusilə də Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Onların dəstəyi sayəsində beynəlxalq arenada Azərbaycanı ən yüksək səviyyədə təmsil edə bilirik".


Вернуться назад