Главная > Manset / İdman > Premyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la üz-üzə gələcək
Premyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la üz-üzə gələcək28-03-2025, 08:55. Разместил: azadses |
"Qarabağ" Misli Premyer Liqasında bu gün səfərdə "Turan Tovuz"la üz-üzə gələcək. "Report"un məlumatına görə, IV dövrənin və XXVIII turun açılış oyunu saat 19:30-da start götürəcək. Matçı Cavid Cəlilovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Ağdam təmsilçisi 27 turdan sonra 64 xalla liderdir. Tovuz klubu 43 xalla dördüncü pillədə qərarlaşıb. Misli Premyer Liqası, IV dövrə XXVIII tur 19:30. “Turan Tovuz” – “Qarabağ” Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Əli Əliyev VAR: Rauf Allahverdiyev AVAR: Kamran Bayramov Hakim-inspektor: Vüsal Əliyev AFFA nümayəndəsi: Elman Musayev Tovuz şəhər stadionu Qeyd edək ki, XXVIII tura martın 30-da yekun vurulacaq. Вернуться назад |