Главная > Manset / Dünya > Tramp: Qrenlandiya mütləq Amerika olacaq
Tramp: Qrenlandiya mütləq Amerika olacaq30-03-2025, 14:55. Разместил: azadses |
Amerika Birləşmiş Ştatlarının hakimiyyəti Qrenlandiyanı əldə etməyə nail olacaq. “Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “NBC News”a müsahibəsində bildirib. “Biz Qrenlandiyanı əldə edəcəyik. Bəli, yüz faiz”, – o qeyd edib. Ağ ev rəhbərinin sözlərinə görə, Vaşinqtonun bunu hərbi güc tətbiq etmədən edə biləcəyi böyük ehtimal var. “Amma mən heç nəyi istisna etmirəm”, – Tramp əlavə edib. Вернуться назад |