Главная > Manset / Dünya > İsrail Ordusu Qəzzada raket qurğusuna zərbə endirib
İsrail Ordusu Qəzzada raket qurğusuna zərbə endiribDünən, 08:00. Разместил: azadses |
İsrailin Müdafiə Ordusu bazar günü yəhudi dövlətini raket atəşina tutan qurğuya zərbə endirib. “Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. "Bir müddət əvvəl İsrailin Müdafiə Ordusu Qəzza zolağında bu gün səhər saatlarında İsrail ərazisinə raketlər atılan reaktiv yaylım atəşi sistemini vurdu", - bəyanatda deyilir. Qeyd olunur ki, İsrail ordusu ölkənin mülki əhalisinə qarşı hər hansı təhlükəni aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcək. Вернуться назад |