Главная > Manset / Dünya > ABŞ-də silahlı şəxs uşaqlara hücum edib, xəsarət alanlar var
ABŞ-də silahlı şəxs uşaqlara hücum edib, xəsarət alanlar varDünən, 12:13. Разместил: azadses |
ABŞ-nin Nyu York şəhərində qəssab bıçağı ilə silahlanan şəxs uşaqlara hücum edib, zərərçəkənlərdə kəsilmiş-deşilmiş yaralar müəyyən olunub. "Report"un məlumatına görə, bu barədə "New York Post" rəsmilərə istinadən yazır. Nəşrin məlumatına görə, polisə 11 yaşlı qız zəng edib və o, dispetçerə dayısının ona və qardaşlarına hücum etdiyini deyib. “Onlar (polislər-red) evə daxil olanda girişdə əllərində qan içində iri ətkəsən alət olan adamın dayandığını və evin döşəməsində qan olduğunu görüblər”, - nəşr Nyu-Yorkun polis komissarı Cessika Tişdən sitat gətirib. Onun sözlərinə görə, asayiş keşikçiləri bir neçə dəfə kişidən silahını atmasını tələb ediblər, lakin o, bundan imtina edib. Sonra onların üstünə gəlib, nəticədə polis ona 7 dəfə atəş açıb. Xəsarət alan 49 yaşlı şəxs ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Polis komissarı əlavə edib ki, 16, 13, 11 və 8 yaşlı dörd qız ağır kəsilmiş-deşilmiş xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin sözlərinə görə, onların həyatını xilas etmək olar. Hadisə zamanı evdə başqa oğlan da olub, lakin o çölə çıxa bilib. Polis hadisənin başvermə səbəbini araşdırır. Вернуться назад |