Главная > Manset / İdman > Premyer Liqa: "Neftçi" bu gün "Şamaxı" ilə üz-üzə gələcək
Premyer Liqa: "Neftçi" bu gün "Şamaxı" ilə üz-üzə gələcək7-04-2025, 16:31. Разместил: azadses |
"Neftçi" futbol üzrə Misli Premyer Liqasında bu gün "Şamaxı" ilə üz-üzə gələcək. "Report"un məlumatına görə, XXIX turun oyunu saat 15:30-da start götürəcək. Şamaxı şəhər stadionunda gerçəkləşəcək qarşılaşmanın baş hakimi Fərid Hacıyev olacaq. "Ağ-qaralar" 28 turdan sonra 32 xalla altıncı, meydan sahibləri 28 xalla səkkizinci pillədə qərarlaşıb. Tura saat 18:00-da “Liv Bona Dea Arena”da keçiriləcək "Araz-Naxçıvan" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq. Qarşılaşmanı Cavid Cəlilov idarə edəcək. Naxçıvan komandası 48 xalla üçüncü, "gənclik şəhəri" təmsilçisi 29 xalla yeddincidir. Misli Premyer Liqası IV dövrə, XXIX tur 15:30. “Şamaxı” – “Neftçi” Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev. VAR: Rəvan Həmzəzadə. AVAR: Kamran Bayramov. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Eldəniz Musayev. Şamaxı şəhər stadionu 18:00. “Araz-Naxçıvan”– “Sumqayıt” Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov. VAR: Nicat İsmayıllı. AVAR: Cəmil Quliyev. Hakim-inspektor: Ömər Paşayev. AFFA nümayəndəsi: Nəriman Axundov. “Liv Bona Dea Arena” Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" səfərdə "Sabah"ı, "Qarabağ" evdə "Zirə"ni 1:0 hesabı ilə üstələyib. "Səbail" - "Turan Tovuz" matçında hesab açılmayıb. Вернуться назад |