Главная > Manset / Dünya > İndoneziya sahillərində güclü zəlzələ baş verib
İndoneziya sahillərində güclü zəlzələ baş verib8-04-2025, 09:42. Разместил: azadses |
İndoneziyanın Simyeulue adasının sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb. “Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, yeraltı təkanların episentri təxminən 15 min nəfər əhalisi olan Sinabang qəsəbəsindən 65 km cənub-şərqdə yerləşib. Zəlzələnin 18 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib. Вернуться назад |