Главная > Manset / Dünya > Venesuela prezidenti ölkədə fövqəladə iqtisadi vəziyyət elan edəcək
Venesuela prezidenti ölkədə fövqəladə iqtisadi vəziyyət elan edəcək8-04-2025, 14:56. Разместил: azadses |
Venesuela prezidenti Nikolas Maduro ABŞ-nin elan etdiyi ticarət müharibəsi ilə əlaqədar ölkədə fövqəladə iqtisadi vəziyyət elan edəcəyini bildirib. “Report” xəbər verir ki, bu barədə Venesuela lideri “Venezolana de Televisión” telekanalında çıxışı zamanı bildirib. Venesuela lideri qeyd edib ki, ölkəsini bütün mümkün mənfi nəticələrdən qorumaq və qlobal iqtisadi müharibəyə cavab vermək üçün ticarət münaqişəsinin mənfi nəticələrini diqqətlə izləyir: “Sabah mən Venesuela iqtisadiyyatını qorumaq üçün fövqəladə iqtisadi vəziyyət haqqında konstitusiya fərmanını imzalayacağam. ABŞ hökuməti qlobal iqtisadi qaydaları pozur, beynəlxalq ticarəti, iqtisadi qanunları və Dünya Ticarət Təşkilatını məhv edir. Maliyyə bazarlarının çöküşü bütün dünyaya və xüsusən də Amerika xalqına təsir edəcək”. Вернуться назад |