Главная > Manset / İdman > "Real" 16 ildən sonra antirekordunu təkrarlayıb
"Real" 16 ildən sonra antirekordunu təkrarlayıb9-04-2025, 15:42. Разместил: azadses |
İspaniyanın "Real" klubu UEFA Çempionlar Liqasında (ÇL) 16 ildən sonra antirekordunu təkrarlayıb. "Report"un məlumatına görə, bu, Madrid təmsilçisinin İngiltərədə "Arsenal"a 1/4 final mərhələsinin ilk oyununda 0:3 hesabı ilə uduzması ilə gerçəkləşib. "Kral klubu" ÇL-də ardıcıl iki matçda əsas vaxtda qol vura bilməyib. Karlo Ançelottinin baş məşqçisi olduğu kollektiv 1/8 final mərhələsinin cavab qarşılaşmasının əsas və əlavə vaxtında "Atletiko"ya uduzub (0:1), daha sonra penaltilər seriyasında (4:2) qalib gəlib. Qeyd edək ki, "Real" son olaraq 16 il əvvəl, 2009-cu ilin martında, 1/8 final mərhələsinin hər iki görüşündə "Liverpul"a yenilmişdi - 0:1, 0:4. Вернуться назад |