Главная > Manset / İdman > Ronaldu müqaviləsini uzadacaq

Ronaldu müqaviləsini uzadacaq


11-04-2025, 16:32. Разместил: azadses
40 yaşlı hücumçu Kriştianu Ronaldu "Ən-Nəsr" komandası ilə müqaviləsinin müddətini daha iki il uzadacaq.

Oxu.Az xəbər verir ki, bu barədə "Sportitalia" məlumat yayıb.

Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Xatırladaq ki, portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı klubuna 2023-cü ilin qışında keçib.

Bu müddət ərzində forvard bütün yarışlarda 98 oyun keçirib, 88 qol vurub və 19 məhsuldar ötürmə edib.


Вернуться назад