Главная > Manset / Dünya > Tramp ölkələr üçün rüsumlardan istisnalar tətbiq edə biləcəyini deyib

Tramp ölkələr üçün rüsumlardan istisnalar tətbiq edə biləcəyini deyib


12-04-2025, 08:00. Разместил: azadses
Birləşmiş Ştatlar bəzi ölkələr üçün cavab rüsumlarından istisnalar tətbiq edə bilər, lakin minimum 10 %-dən aşağı olmamaqla.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp cümə günü prezident təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Bəli, əlbəttə, bir neçə istisna ola bilər, lakin mən deyərdim ki, 10 % minimum həddir”, – dövlət başçısı qeyd edib.

Onun sözlərinə görə, “bir çox ölkə” ABŞ ilə ticarət sazişlərinin bağlanması üzrə məsləhətləşmələr aparmaq istəyir.


Вернуться назад