Главная > Manset / Dünya > KİV: ABŞ danışıqlarda İranı uranın zənginləşdirilməsini dayandırmağa çağırmayıb

KİV: ABŞ danışıqlarda İranı uranın zənginləşdirilməsini dayandırmağa çağırmayıb


13-04-2025, 13:05. Разместил: azadses
ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkof Omanda İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar zamanı Tehrandan uranın zənginləşdirilməsi proqramından tamamilə imtina etməsini tələb etməyib.

“Report” xəbər verir ki, bu barədə “The New York Times” (NYT) yazıb.

Nəşr qeyd edir ki, Uitkof diqqəti mövcud materialın silahlarda istifadə edilməməsinin təmin edilməsinə yönəltməyi təklif edib.

Nəşr vurğulayıb ki, danışıqların birinci raundu İran üçün uğurlu olub, çünki bu, müzakirələri yeni səviyyəyə qaldırmaq üçün zəruri olan əsas məqsədlərə nail olmağa imkan verib.

İranın nüvə proqramı ilə bağlı dolayı danışıqlar aprelin 12-də başlayıb. Tərəflər İranın nüvə proqramı ilə bağlı məhdudiyyətlərin müqabilində bəzi sanksiyaların yumşaldılmasını müzakirə ediblər.


Вернуться назад