Главная > Manset / Dünya > KİV: Trampın tarif siyasəti Çinin Cənub-Şərqi Asiyada mövqeyini gücləndirəcək

KİV: Trampın tarif siyasəti Çinin Cənub-Şərqi Asiyada mövqeyini gücləndirəcək


15-04-2025, 10:30. Разместил: azadses
ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən idxal olunan mallara yeni gömrük rüsumlarının tətbiqi Pekinə Cənub-Şərqi Asiyada mövqelərini möhkəmləndirməyə və Vaşinqtona alternativ kimi çıxış etməyə imkan verəcək.

“Report” xəbər verir ki, bu fikir “The Wall Street Journal”da dərc olunan redaksiya məqaləsində yer alıb.

"Prezident Trampın ticarət müharibəsi yeni iqtisadi və diplomatik imkanlar açır. Çin üçün. Bu həftə (Çin Sədri) Si Cinpin Cənub-Şərqi Asiya turundadır və Çin lideri ABŞ-yə alternativ olaraq ticarət və digər əlaqələri (region ölkələrinin Çinlə) gücləndirmək üçün nəzərdə tutulmuş anti-tarif kampaniyası aparır", - nəşr yazır.


Вернуться назад