Главная > Manset / İdman > KİV: “Liverpul”un qapıçısı komandası ilə müqavilə müddətini uzadaraq icarəyə yollanacaq

KİV: “Liverpul”un qapıçısı komandası ilə müqavilə müddətini uzadaraq icarəyə yollanacaq


17-04-2025, 11:19. Разместил: azadses
“Liverpul”un üçüncü qapıçısı Vitezslav Yaroş müqavilə müddətini uzadaraq Avropanın top-5 liqalarından birinə icarəyə yollanacaq.

“Report” xəbər verir ki, bu barədə Çexiyanın “Infotbal” nəşri yazıb.

“Liverpul” 23 yaşlı çexiyalı qapıçıya başqa kluba keçməyə imkan verməyib və onun müqavilə müddətini daha bir neçə mövsümlük uzadır. Artıq müqavilənin şərtləri razılaşdırılıb”, – nəşr bildirib.

Məqalədə qeyd olunub ki, Yaroş Məhəmməd Salah və Vircil van Daykdan sonra klubla müqavilə müddətini uzadacaq növbəti futbolçu olacaq. Qapıçının cari müqaviləsi 2026-cı ilin iyununa qədərdir, yeni anlaşnınma isə uzunmüddətli olacağı gözlənilir:

“Müqavilə çoxillik olmalıdır, əvvəlki 2026-cı ilin iyununa qədər imzalanıb. Yaroş əvvəl Avstriyanın “Şturm” klubuna icarəyə verilmişdi. Bundan başqa, çexiyalı qolkiperin bu yay Avropanın top-5 liqalarından birinə bir il müddətinə icarəyə veriləcəyi gözlənilir. Pərdə arxasında ən çox müzakirə olunan Fransa Liqa 1 təmsilçiləridir”.

Qeyd edək ki, 56 nömrəli forma ilə çıxış edən Yaroş 2020-ci ildən “Liverpul”a məxsusdur. Bu illər ərzində o, İngiltərənin aşağı divizionlarında, həmçinin İrlandiya və Avstriya klublarında icarə əsasında oynayıb. Qolkiperin “Liverpul”da debütü 2024-cü ilin oktyabrına təsadüf edir. O, Premyer Liqada “Kristal Pelas”a qarşı oyunda zədələnmiş Alisson Bekeri əvəzləyib.


Вернуться назад