Главная > Manset / Siyasət > Azərbaycan, Ermənistan və Gürcüstan XİN başçılarının müavinləri Tbilisidə danışıqlar aparacaqlar

Azərbaycan, Ermənistan və Gürcüstan XİN başçılarının müavinləri Tbilisidə danışıqlar aparacaqlar


17-04-2025, 15:44. Разместил: azadses
Bu gün Tbilisidə Ermənistan, Gürcüstan və Azərbaycan xarici işlər nazirinin müavinlərinin iştirakı ilə regional əməkdaşlıq üzrə üçtərəfli danışıqlar keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, danışıqlar zamanı tərəflər regional əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.

Gürcüstan daha əvvəl bəyan etmişdi ki, İrəvan və Bakı arasında sülh sazişinin imzalanması üçün də öz platformasını təqdim etməyə hazırdır.


Вернуться назад