Главная > Manset / Dünya > Starmer və Tramp husilərə qarşı əməliyyatın vəziyyətini müzakirə ediblər

Starmer və Tramp husilərə qarşı əməliyyatın vəziyyətini müzakirə ediblər


19-04-2025, 08:00. Разместил: azadses
Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampla Yəməndəki husilərə qarşı əməliyyatları və Rusiya-Ukrayna müharibəsinə son qoyulmasını müzakirə edib.

“Report”un xəbərinə görə, bu barədə baş nazirlik aparatının telefon danışığından sonra yaydığı bəyanatda qeyd olunub.

Bundan əlavə, Tramp və Starmer Böyük Britaniya və ABŞ arasında yeni ticarət sazişi üzrə danışıqların gedişatını müzakirə ediblər.

Vurğulanıb ki, Starmer azad və açıq ticarət prinsiplərinə sadiqliyini, həmçinin milli maraqların qorunmasının vacibliyini vurğulayıb.


Вернуться назад