Главная > Manset / Dünya > Bloomberg: IMF Trampın gömrük rüsumları səbəbindən dünya iqtisadiyyatının artım proqnozunu pisləşdirəcək

Bloomberg: IMF Trampın gömrük rüsumları səbəbindən dünya iqtisadiyyatının artım proqnozunu pisləşdirəcək


Dünən, 08:55. Разместил: azadses
Beynəlxalq Valyuta Fondu (IMF) ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən tətbiq edilən ticarət rüsumları səbəbindən dünya iqtisadiyyatının artım proqnozunu aşağı sala bilər.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məqalədə qeyd olunub ki, Trampın bütün dünyaya ticarət müharibəsi elan etməsindən sonra dünyanın başının üstü qara buludlar alıb və onların yaxın zamanda dağılması ehtimalı azdır.

Dünya iqtisadiyyatı Vaşinqtonun rüsum siyasətinin yaratdığı ilk zərbə dalğalarını hiss etmək üzrədir. Bununla əlaqədar olaraq, agentlik hesab edir ki, IMF gələn çərşənbə axşamı qlobal proqnozun pisləşməsini elan edə bilər.

Daha əvvəl IMF-in icraçı direktoru Kristalina Georgieva “Reuters” agentliyinə verdiyi onlayn müsahibədə Amerika rüsumları səbəbindən dünya iqtisadiyyatının artım proqnozunun aşağı istiqamətdə yenidən nəzərdən keçirilə biləcəyini bildirmişdi. Fond rəhbərinin sözlərinə görə, Amerika rüsumları böyük qeyri-müəyyənlik yaradır və etimadı sarsıdır. Eyni zamanda o vurğulayıb ki, qeyri-müəyyənlik nə qədər uzun müddət davam edərsə, dünya iqtisadiyyatının artımına bir o qədər güclü təsir göstərəcək.


Вернуться назад