Главная > Manset / Dünya > Qızılın qiyməti ilk dəfə troya unsiyası üçün 3 500 dollar həddini keçib
Qızılın qiyməti ilk dəfə troya unsiyası üçün 3 500 dollar həddini keçibBu gün, 11:20. Разместил: azadses |
“Comex”də (Nyu-York Əmtəə Birjasının bölməsi) 2025-ci ilin iyun ayında təhvil verilməsi nəzərdə tutulan qızıl fyuçersinin qiyməti troya unsiyası üçün 3 500 dollar səviyyəsini keçərək tarixi maksimumu yeniləyib. “Report” xəbər verir ki, bu, hərrac meydançasının məlumatlarında əks olunub. Bakı vaxtı ilə saat 07:30-a olan məlumata görə, qızılın qiyməti 4,59 % artaraq unsiya üçün 3 500,1 dollara çatıb. Saat 07:51-ə qızıl artımını sürətləndirərək unsiya üçün 3 504,2 dollar səviyyəsində hərrac olunurdu. Eyni zamanda, London ICE birjasında 2025-ci ilin iyun ayında təhvil verilməsi nəzərdə tutulan “Brent” markalı neft fyuçersinin qiyməti 0,12 % artaraq barrel üçün 66,56 dollar təşkil edib. Cari ilin iyun ayında təhvil verilməsi nəzərdə tutulan WTI markalı neft fyuçersinin qiyməti isə 2,62 % azalaraq barrel üçün 62,77 dollar səviyyəsində qərarlaşıb. Вернуться назад |